“İnsan hüquqları aylığı” ilə bağlı olaraq tədbir keçirildi

İyunun 4-də məktəbin psixoloqu Sürayə Bayramova və UBTR-i Natavan Həşimovanın təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” ilə bağlı olaraq tədbir keçirildi. Şagirdlərə respublikamızda insan hüquqları gününün təsis olunması, insan hüquqları anlayışı və mahiyyəti, müasir dünyada insan hüquqlarına verilən önəm, insan hüquqlarını və azadlıqlarını özündə yüksək səviyyədə ifadə edən beynəlxalq sənədlər, insan hüquqlarının pozulması faktları və onun qarşısının alınması yolları, ayrı-ayrı kateqoriya insan hüquqları barədə geniş məlumatlar verildi. Daha sonra mövzu ətrafında şagirdlərin fikirləri eşidildi və sualları cavablandırıldı.