Ədəbiyyatımızın tənqidi realizm və romantizm dövrünə aid nümunələri haqqında “Dəyirmi masa” keçirildi

İyunun 4-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Hüseynovanın təşkilatçılığı və 8 G sinif şagirdlərinin iştirakı ilə ədəbiyyatımızın tənqidi realizm və romantizm dövrünə aid nümunələri haqqında “Dəyirmi masa” keçirildi. Şagirdlər Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndələri haqqında çıxışlar etdilər.