“Sağlam həyat tərzinin təbliği” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

İyunun 1-də Qaradağ rayon Gənclər və İdman İdarəsi və məktəbin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aygün Hüseynova tədbirin keçirilməsinin əhəmiyyətini vurğuladı, gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin əsas fəaliyyət istiqamətlərindən biri olmasını bildirdi. Daha sonra Qaradağ rayon Gənclər və İdman İdarəsinin müdiri Elçin Abbasov sağlam həyat tərzinin əsas komponentlərindən danışdı, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırdı. Daha sonra mövzu ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.