"Biz günəşin zərrəsiyik" adlı tədbir keçirildi

Mayın 31-də məktəbin ibtidai sinif müəllimi Ülkər Tağıyevanın təşkilatçılığı və rəhbəri olduğu 1 Ğ sinif şagirdlərinin iştirakı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş "Biz günəşin zərrəsiyik" adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və valideynlər iştirak etdi. Şagirdlərin ifasında rəqs nömrələri nümayiş olundu, şən mahnılar və şeirlər səsləndirildi.