“Playmakers” layihəsində fiziki tərbiyə müəllimi Səyavuş Allahyarlı iştirak etdi

Mayın 26-da AFFA-nın təşkilatçılığı, UEFA, “Disney” şirkəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar olaraq “ASCO Arena”da futbol festivalı keçirilmişdir. Qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda məktəbimizin fiziki tərbiyə müəllimi Səyavuş Allahyarlı iştirak etmişdir.