28 MAY-MÜSTƏQİLLİK GÜNÜ QEYD EDİLDİ

Mayın 27-də məktəbdə 28 May -Müstəqillik Günü ilə bağlı tədbirlər keçirildi. Bütün siniflərdə təşkilat saatları 28 May- Müstəqillik Gününə həsr edildi. Təşkilat saatlarında Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlərə 28 May- Müstəqillik Günü ilə bağlı ətraflı məlumatlar verildi. Şagirdlər tərəfindən vətənə, qəhrəmanlarımıza həsr olunmuş şeirlər söyləndi. 28 May-Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi