"Məktəblilərin sağlam qidalanması" mövzusunda maarifləndirici söhbətlər aparıldı

Mayın 24-də  məktəbimizin tibb bacı Sevda Məlikqasımova, Xəyalə Əliyeva və 3 saylı BŞX ASM-in əməkdaşı Natella İsmayılzadə tərəfindən məktəbin 5,6 və 7-ci sinif şagirdləri ilə "Məktəblilərin sağlam qidalanma" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə sağlam qidalanma ilə bağlı ətraflı məlumatlar verildi. Bildirildi ki, sağlam qidalanma dedikdə balanslı bölünmüş zülal, karbohidrat, yağ, su, vitaminlər və minerallarla zəngin müxtəlif qida maddələrinin qəbulu nəzərdə tutulur. Sadəcə protein və ya karbohidratlarla qidalanmağın yanlış olduğunu vurğulayan pediatr, xüsusən şagirdlərin sağlam inkişafında vitaminlərin, mineralların vacib rol oynadığı diqqətə çatdırdı. Məktəblilərin hər yaşa uyğun düzgün qidalanmasının əhəmiyyəti vurğulandı və düzgün qida qəbul edilməli, qida qəbulları arasında meyvə və tərəvəzlər yeyilməli olduğu şagirdlərə bildirildi. Sonda sağlam qidalanma mövzusunda hazırlanan məlumatlandırıcı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi