"Sən hədəf deyilsən" mövzusunda tədbir keçirildi

Mayın 18-də məktəbin psixoloqu Surayə Bayramovanın təşkilatçılığı ilə zərərli vərdişlərə dair "Sən hədəf deyilsən" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, şagirdlər iştirak etmişdir. Çıxışlar edilərək şagirdlər arasında zərərli vərdişlərə qarşı mübarizənin əhəmiyyəti barədə danışıldı, zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq üçün zəruri tövsiyələr verildi. Tədbirdə şagirdlər mövzu ilə bağlı səhnəciklər göstərmişlər.