Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən maarifləndirici görüş keçirildi

Aprelin 30-da məktəbdə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən yuxarı sinif şagirdləri ilə "İlk peşə-ixtisas təhsili" haqqında maarifləndirici görüş keçirildi. Görüşün keçirilməsində məqsəd şagirdləri peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələri barədə məlumatlandırılmaq, şagirdlərin maraq, qabiliyyətinə uyğun müvafiq ixtisas və peşə seçiminə yönəldilməsində düzgün istiqamətin göstərilməsindən ibarət idi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi