"XOCALISIZ 25 İL"

24 fevral 2017-ci il tarixində məktəbin kitabxanasında Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehriban Talışinskaya açdı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə həmçinin məktəb rəhbərliyi ,fənn müəllimləri , kitabxana əməkdaşları, məktəbin şagird kollektivi iştirak edirdi. Şagirdlər Xocalı faciəsinin dəhşətləri, tarixi və siyasi səbəblər barədə ətraflı məlumat verdilər. Daha sonra şagirdlər faciə barədə öz fikirlərini bildirdilər. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər dedilər. Tədbirin sonunda bir daha bildirildi ki, Xocalı faciəsi xalqımızın unudulmaz səhifəsidir və vətənə məhəbbət hissi hər bir azərbaycanlının qəlbində daima yaşayacaqdır.