"Təbiəti qoruyaq, yaşıllıqları artıraq" mövzusunda tədbir keçirildi

Aprelin 29-da məktəbdə YAP Qaradağ rayon təşkilatı və məktəbin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmirəylik ili” çərçivəsində “Təbiəti qoruyaq, yaşıllıqları artıraq” mövzusunda tədbir keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının əməkdaşları,məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Hüseynovanın və ibtidai sinif şagirdlərinin Azərbaycan təbiətinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış oldular.
Tədbiri açıq elan edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Jalə Qədirova iştirakçıları salamladı və Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmirəylik ili” elan olunduğunu xatırlatdı. Bildirdi ki, bu sərəncam yalnız ölkəmiz yox, bütün dünya üçün qlobal əhəmiyyət daşıyır. Cari ildə məktəbin kollektivi tərəfindən “Yaşıl dünya naminə həmirəylik ili” ilə əlaqədar bir çox tədbirlərin planlaşdırıldığını qeyd etdi.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının nümayəndəsi Vüqar Ağayev xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin Azərbaycan təbiətinə, ətraf mühitin qorunmasına böyük diqqətlə yanaşdığını xatırladıb. O qeyd etdi ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd əhalini, xüsusilə də uşaqları və gəncləri ekoloji proseslərdə aktiv iştiraka təşviq etmək, bu sahədə maarifləndirmənin yollarını təbliğ etmək və genişləndirməkdir.
Sonra ibtidai sinif müəllimi Şəfaqət Bayramovanın rəhbəri olduğu 1 A sinfinin şagirdləri tərəfindən hazırlanmış xüsusi kompozisiya təqdim edildi. Uşaqların ana təbiətimizi qorumaq, yaşıllıqları artırmaqla bağlı Ulu öndər Heydər Əliyevin tövsiyyələrini xatırlatması, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə ekaoloji tarazlığın bərpası istiqamətində görülən işlər barədə səsələndirdiyi fikirlər, Azərbaycan şairlərinin təbiətimiz haqda şeirlərini bədii qiraət etməsi iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Sonda 1 A sinif şagirdləri,məktəb rəhbərliyi,qonaqlar və valideynlərin iştirakı ilə məktəbin həyətində ağaclar əkilib, xatirə fotosu çəkdirildi.