"Qohumlararası nigahların fəsadları" mövzusunda maarifləndirici söhbət aparıldı

Aprelin 27-də məktəbin psixoloqu Surayə Bayramovanın təşkilatçılığı ilə biologiya müəllimi Aynur Musayeva şagirdlərlə "Qohumlararası nigahların fəsadları" mövzusunda maarifləndirici söhbət aparmışdır. Şagirdlər qohumlar arasında nikahın mənfi nəticələri haqqında məlumatlandırıldı, gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi haqqında məlumatlar verildi. Bildirildi ki, qohum nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ -sinir, ürək -damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.