"Füzuli dünyası" adlı “Dəyirmi masa” keçirildi

Aprelin 8-də məktəbdə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 ili ilə bağlı olaraq  " Füzuli dünyası" adlı “Dəyirmi masa” keçirildi. Şairin həyatı, yaradıcılığı, Azərbaycan ədəbiyyatı və mədəniyyətində müstəsna yeri barədə məlumatlar verildi.Bildirildi ki, Füzuli  yaxın və orta şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır. Daha sonra şagirdlərin şairin şeirlərindən səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi