“Erkən nigaha son” mövzusunda şagirdlərlə maarifləndirici görüş keçirildi

Aprelin 5-də 3 saylı Birləşmiş Şəhər Xəstəxanasının əməkdaşları tərəfindən məktəbin yuxarı sinif şagirdləri ilə “Erkən nigaha son” mövzusunda maarifləndirici görüş keçirildi. Görüşün keçirilməsində məqsəd yeniyetmə və gənclərin erkən nigahın və qohumlar arasında nigahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması, bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına gətirib çıxaran halların qarşısının alınmasıdır. İlk olaraq erkən nigahın ortaya çıxardığı problemlərin əks olunduğu videoçarx nümayiş etdirildi. Daha sonra erkən nigahların ailədə və cəmiyyətdə törətdiyi fəsadlardan danışıldı, bu halların əsasən körpə və ana ölümü sayının çoxalmasına, qızların təhsil imkanlarının azalmasına, onların cəmiyyətdən təcrid olunmasına, daha çox fiziki zorakılığa məruz qalmasına səbəb olduğu şagirdlərin diqqətinə çatdırıldı və qarşısının alınması üçün maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyi qeyd edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi