"Narkomaniya ağ ölümdür" mövzusunda maarifləndirici söhbətlər aparıldı

Aprelin 2-də məktəbin psixoloqu Surayə Bayramova və biologiya müəllimi Səqiqət Abdullayevanın təşkilatçılığı və məktəb şagirdlərinin iştirakı ilə "Narkomaniya ağ ölümdür" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Bu gün bəşəriyyəti düşündürən, narahat edən ən ağrılı problemlərdən biri və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə metodlarından istifadə etməyin lazım olduğunu, bu sahədə ciddi addımların atılmasının, təbliğat işlərinin artırılmasının vacibliyi diqqətə çatdırılaraq vurğulandı ki, narkomaniya insanları ölümə doğru gedən yola aparır və bu yolda insanlar təkcə özlərini deyil, onlara aid olan bütün nemətlərini itirildiyini və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyi vurğulandı. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətində olduğu  bildirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi