"31 Mart Azərbaycanlıların Soyqırım günü" ilə bağlı dəyirmi masa keçirildi

Martın 30-da  məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Mirzəyevanın təşkilatçılığı ilə "31 mart - Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı dəyirmi masa təşkil keçirildi.Dəyirmi masada məktəb rəhbərliyi, müəllimlər və IX-XI sinif şagirdləri iştirak etdilər. Əvvəlcə soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edildi. Məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla Mirzəyeva bildirdi ki, zaman-zaman erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal etmək məqsədilə etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmiş, insanlığa sığmayan vəhşiliklər törətmişlər. XX əsrin əvvəllərində baş vermiş dəhşətli soyqırımı xalqımızın tarixində qanlı səhifələrdən birini təşkil edir. Qeyd olunmuşdur ki, bu həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur.Daha sonra Şagirdlər hadisə ilə bağlı fikirlərini bildirmiş, bu qanlı hadisələrin onların yaddaşından heç vaxt silinməyəcəyini vurğulamışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi