“İnsan Alverinə Qarşı mübarizə” mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparıldı

Martın 28-də məktəbin psixoloqu Sürayə Bayramova və Günel Ağayeva tərəfindən şagirdlərlə "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıldı. Son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirildiyi və ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcudluğu barədə məlumat verildi.  İnsan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında, hər bir dövlətdə insan hüquqlarının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğu xüsusi vurğulandı.  Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi