Yurdumuza bahar gəlir

Məktəbimizdə Novruz bayramı ilə  əlaqədar tədbirlər keçirildi. Novruzun qeyd edilməsinin əsas məqsədi şagirdlərə bayramın tarixi barədə daha dolğun məlumatlar vermək, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına nail olmaqdan ibarətdir. Belə ki, "Novruz adətlərimiz", “Novruz gəlir, yaz gəlir”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda dərslər, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Dərslərdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, bu bayramın qədim adət-ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsinin isə milli birliyin nişanəsi olduğu şagirdlərin nəzərinə çatdırılıb. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi