Milli adət və ənənə - Novruz bayramı

Martın 18-də Novruz bayramı münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini özündə birləşdirən  ən əziz bayramımız olan Novruz bayramı geniş qeyd olundu. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, Milli Məclisin deputatı Səbinə Xasayeva, Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, YAP Qaradağ Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri, qazilər, mədəniyyət evləri, məktəb, bağça kollektivi və ictimaiyyət nümayəndələri iştirak etdilər. Öz yaradıcılıq nümunələrini əhaliyə təqdim edən məktəblər içərisində Neftçi Qurban adına 288 nömrəli tam orta məktəb də var idi. Şagirdlərimizin çıxışları yüksək ruh əhval-ruhiyyəsi ilə  diqqəti cəlb etdi və fərqləndi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi