“5 MART - BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ” İLƏ BAĞLI OLARAQ MƏKTƏBİMİZDƏ İDMAN HƏFTƏSİ KEÇİRİLDİ

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı istiqamətində müvafiq təlimatına əsasən şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə “5 mart -Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində 1-7 mart 2024-cü il tarixində məktəbimizdə idman həftəsi keçirilmişdir. Belə ki, fiziki tərbiyə müəllimləri tərəfindən “Şən startlar” estafet yarışı, qol güləşi, “Olimpiya oyunları uşaqların gözü ilə”, “Basketbol” yarışı, “Ən sürətli şagird” qaçış yarışı, oyun idman növləri üzrə yarışlar, idman viktorinası,sağlam qidalanma ilə bağlı maarifləndirmə tədbirləri, mükafatlandırma və digər tədbirlər keçirilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi