"8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ" MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLDİ

Martın 7-də məktəbin ibtidai sinif müəllimi Şəfaqət Bayramovanın təşkilatçılığı və 1 "A" sinif şagirdlərinin iştirakı ilə "8 Mart - Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, valideynlər iştirak etdi. Şagirdlər müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik etdilər. Şagirdlər "Beynəlxalq Qadınlar günü" ilə bağlı məlumat verərək bildirdilər ki, 8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Tədbirin sonunda məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Jalə Qədirova çıxış edərək məktəbin bütün qadın kollektivini bayram münasibətilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi