1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi

Martın 1-də  məktəbdə 1 Mart–Ümumdünya Mülki Müdafiə günü ilə əlaqədar maarifləndirici tədbir keçirildi. Tədbirdə Qardağ Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi və şagirdlər iştirak etdi. İlk oncə dövlət himnimiz səsləndirildi. Tədbiri məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Jalə Qədirova açıq elan etdi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir. Mülki Müdafiənin məqsədi və əhəmiyyəti,fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verildi.
   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi