"Reproduktiv sağlamlıq nədir?” mövzusunda maarifləndirici söhbət aparıldı

Fevralın 24-də məktəbin psixoloqları Sürayə Bayramova və Günel Ağayevanın təşkilatçılığı, məktəb şagirdlərinin iştirakı ilə “Reproduktiv sağlamlıq nədir?” mövzusunda maarifləndirici söhbət aparılmışdır. Şagirdlərə Reproduktiv sağlamlıq barədə ətraflı məlumatlar verildi, videoçarxlar nümayiş olundu. Reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində insanın fiziki, psixoloji, sosial rifahının məcmusudur. Reproduktiv sağlamlıq cinsi tərbiyəni və bu istiqamətdə sağlamlığın qayğısına qalmağı, xəstəliklərdən qorunmaq üçün biliklərə yiyələnməni özündə ehtiva edir. Ümumi sağlamlığın ən vacib hissə olan reproduktiv sağlamlığın qorunması gələcəkdə xəstəliklərdən uzaq, sağlam ailəyə və övladlara sahib olmaq deməkdir.