21 FEVRAL BEYNƏLXALQ ANA DİLİ GÜNÜDÜR

Fevralın 21-də Beynəlxalq Ana Dili Günü ilə bağlı məktəbin Uşaq Birliyi Rəhbəri Natavan Həşimovanın, kitabxana müdiri Təranə Qafarovanın və kitabxanaçı Könül Xıdırovanın təşkilatçılığı  ilə məktəbdə müxtəlif  tədbirlər keçirildi. Şagirdlərə ana dilimizin gözəllikləri, incəlikləri, saflığı, onun müqəddəsliyi haqqında ətraflı məlumat verilmişdir. Beynəlxalq Ana Dili Gününün hər kəs üçün vacib və əhəmiyyətli bir gün olduğunu, hər bir insanın ana dilini yaxşı bilməli və onu qorumağının vacibliyi şagirdlərin diqqətinə çatdırıldı. Keçirilən tədbirlərdə şagirdlər ana dilimizə həsr edilən şeirlər söylədilər, mahnılar oxudular. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi