"Zərərli vərdişlər: Siqaretçəkmə" mövzusunda maarifləndirici söhbət aparıldı

Fevralın 20-də məktəbin psixoloqları Sürayə Bayramova və Günel Ağayevanın təşkilatçılığı ilə Reproduktiv sağlamlıq məşğələsi silsiləsindən VIII sinif şagirdləri ilə "Zərərli vərdişlər: Siqaretçəkmə" mövzusunda maarifləndirici söhbət aparılmışdır. Söhbət zamanı zərərli vərdişlər, siqaret çəkməyin sağlamlığa ziyanı haqqında geniş məlumatlar verildi. Şagirdlərə siqaret çəkən insanlarda yarana biləcək xəstəliklərdən danışaraq, bildirildi ki, insanlar siqaret çəkməyə başlayarkən onun tərkibindəki nikotinə alışır. Sonda şagirdlərə siqaretin zərərlərindən bəhs edən videoçarx nümayiş etdirildi və onları maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi