8 VƏ 9-CU SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN MONİTORİNQ KEÇİRİLDİ

Fevralın 19-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 8 və 9-cu sinif şagirdlərinin Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinqi keçirildi. Monitorinqin keçirilməsində məqsəd 8-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 8 və 9-cu sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub. İmtahan vaxtında yekunlaşdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunmuşdur.