“NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ

Fevralın 2-də Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları  tərəfindən məktəbin akt zalında “Narkotik bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdilər. İdarənin əməkdaşları  narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışıb, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğuladılar. Dövrümüzün aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini qeyd etdilər. Sonra tədbir diskussiya şəkilində davam etdirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi