2 fevral - Gənclər Günüdür

Fevralın 2-də məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı və 8 G sinif şagirdlərinin  iştirakı ilə  2 Fevral - Gənclər Günü ilə bağlı olaraq “Dəyirmi masa” keçirildi. Sürayə müəllim mövzu ilə bağlı geniş məruzə ilə çıxış edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gündə uğurla həyata keçirilməkdədir. Qeyd edildi ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi