PEDAQOJİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ

Yanvarın 31 məktəbin akt zalında Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirildi. İclası açıq elan edən məktəbin direktor vəzifəsini müvəqqəti icra edən Jalə Qədirova I yarımilin yekunlarına dair hesabat və II yarımildə qarşıda duran vəzifələri iclas iştirakçılarına bildirildi.Təhsilalanlar arasında  risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb psixoloqunun onlarla apardığı işin gücləndirilməsi, təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin (kənar şəxslərin ümumitəhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin gücləndirilməsi, müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi, valideynlərlə işin artırılması, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması və etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq olunması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərin keçirilməsi iclas iştirakçılarının diqqətinə çatdırıldı.Hesabatdan sonra təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, dərsə davamiyyət, keçirilmiş monitorinqlərin nəticələri  haqqında müzakirələr aparıldı, müəllimlərə müəyyən tövsiyələr verildi. IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq  müzakirə olundu. Sonda direktor  pedaqoji  şuranın üzvlərinə daha  əzmlə, daha məsuliyyətlə  fəaliyyət göstərmələri üçün öz tapşırığını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi