20 YANVARA HƏSR OLUNAN SİLSİLƏ TƏDBİRLƏR

Məktəbimizdə 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Vətən şəhidləri heç vaxt unutmayacaq!” və digər mövzularda  “Dəyirmi masa”lar, rəsm sərgiləri  təşkil olunaraq, 20 Yanvara həsr olunmuş tədbirlər keçirildi. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə şagirdlərə geniş məlumatlar verilmişdir. Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib. Şagirdlər 20 Yanvara həsr edilmiş şeirlər, bayatılar söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi