"AİLƏM VƏ MƏKTƏBİM" LAYİHƏSİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 aprel 2023-cü il tarixli,  № 3-29-59/3-2-170F/2023 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə "Ailəm və məktəbim" layihəsi əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilmişdir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə valideynlərlə məktəbdə görüşlər  təşkil olundu. Görüşlərdə məktəb rəhbərliyi tərəfindən "Ailəm və məktəbim" layihəsi haqqında məlumat verildi və valideynlərə dərs prosesinin izlənməsi, şagirdlərin nailiyyətləri, dərsə davamiyyətləri, intellektual səviyyəsinin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin təkmilləşdirilməsi, yeniyetmələrlə düzgün ünsiyyət, şagirdlərdə peşəyönümü işinin təşkili ilə bağlı söhbətlər aparıldı.                                             

   

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi