“Azərbaycan dilinin üstünlükləri” adlı seminar keçirildi

Dekabrın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023/2024-cü tədris ilinə dair Fəaliyyət Planının 3.2 və 3.4-cü bəndinə əlavə olaraq hazırlanılan “Dilimizi qoruyaq” şüarı altında tədbirlərin keçirilməsinin icrası ilə bağlı olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəminə Mustafayeva tərəfindən “Azərbaycan dilinin üstünlükləri” adlı seminar keçirilmişdir.  Seminarda məktəb müəllimləri və şagirdlər iştirak etdilər. Zəminə müəllim bildirdi ki, dilimizin saflığı ilə bərabər bir tarix də yaşayır. Ana dili bütün elmləri öyrənməyin açarıdır. Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş, bir insan, bir azərbaycanlı kimi ən böyük amalımız olmalıdır. Dilimizi qoruyaq! O bizim varlığımızı şərtləndirən ən müqəddəs dəyərdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi