Yanvarın 30- da Qaradağ rayonu 288 №- li tam orta məktəbdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda 2016/ 2017- ci dərs ilinin I yarımilinin yekunları və II yarımildə qarşıda duran vəzifələr barədə məktəbin direktoru Cahangir Süleymanov, bir sıra məsələlər və məktəb sənədlərinin aparılması vəziyyəti barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktoru müavini Jalə Qədirova məlumat verdi. Məruzələr ətrafında çıxışlar , təkliflər dinlənildi və müvafiq qərarlar qəbul edildi.