8 NOYABR-ZƏFƏR GÜNÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR

Məktəbimizdə  8 noyabr-Zəfər  Günü ilə bağlı tədbirlər təşkil olunmuşdur. 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planına və BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa”lar, “Açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub. Tədbirlərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qəhrəmanlıq göstərən  qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunmuşdur.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi