“Bu günün qənaəti sabahın təminatıdır”

Biologiya müəllimi Rüstəmova Səmanın VII B sinfində “Bu günün qənaəti sabahın təminatıdır” mövzusunda açıq dərsi keçirilmişdir.Açıq dərsdə Ekologiya və iqtisadiyyat arasında əlaqə,qənaətçillik və israfçılıq, bir insanın məktəbli kimi nəyə qənaət etməyin vacibliyi və qənaətçil olmağın əhəmiyyəti haqqında müzakirələr edildi. Şagirdlər məktəbdə kağıza,işığa,vaxta və s.qənaət etməklə malik olduqları hər bir şeyin qorumaqla həm büdcəyə, həm təbiətə, həm də iqtisadiyyata nə qədər xeyir verdiklərini anladılar. “Dünyamızı qoruyaq,hərəyə bir ağac əkək” devizi altında mövzu yekunlaşdırıldı.