20 YANVAR ŞƏHİDLƏRİ QƏHRƏMANLIQ TARİXİMİZDİR

Qaradağ rayonu 288 nömrəli tam orta məktəbdə “20 Yanvar faciəsi”nin 27-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. “20 Yanvar faciəsini unutmayaq”, “20 yanvar Qan yaddaşımızdır”, “Şəhidlərimizi unutmayaq” mövzularında ayrı– ayrı siniflərdə tədbirlər keçirilir. Bu gün bütün siniflərdə 1- ci dərslər 20 yanvar faciəsinə həsr olunmuşdur. Məktəbin müəllim və şagird kollektivi Vətən uğrunda canlarını qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanın ziyarət getdilər. Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bu gün bizlər üçün və gələcək nəsillər üçün qürur mənbəyidir. Xalqımız igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Allah şəhidlərimizə rəhmət eləsin.