MƏKTƏBDƏ NARKOMANİYAYA YOX DEYƏK ADLI TƏDBİR KEÇİRİLDİ

24.11.2016-cı il tarixdə məktəbimizdə 9-10-11-ci sinif şagirdlərinin iştirakı ilə ,,Narkomaniyaya yox deyək,, mövzusunda geniş tədbir keçirildi. Tədbirdə Qaradağ rayon polis idarəsinin rəis müavini polis polkovnik leytenantı Yaşar İsayev, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru polis mayoru Ceyran Ömərova və həmin bölmənin veteranlar şurasının sədr müavini Ramin Məmmədov, Bakı Baş Polis İdarəsinin veteranlar şurasının sədri polis-polkovnik leytenantı Emin Məmmədov, Bakı Baş Polis İdarəsinin azyaşlılar üzrə İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovnik leytenantı Məryəm Ömərova , Qaradağ rayonu Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili polis leytenantı Mirabbas Orucov, Bakı Baş Polis İdarəsinin Narkotiklərlə mübarizə idarəsinin əməliyyat müvəkkili polis leytenantı Elvin Kazımov, məktəb rəhbərliyi və pedaqoji kollektiv iştirak etdi.Məktəbin direktoru Cahangir Süleymanov , məktəbin təşkilatçısı Mehriban Talışinskaya şagirdlərə sağlam yaşamağın,zərərli vərdişlərdən uzaq olmağın faydaları haqqında məruzə etdilər. Tədbirdə çıxış edən DİN əməkdaşları şagirdlərə narkomaniyaya düçar olanların acınacaqlı həyatından danışaraq,onlara pis vərdişlərdən çəkinməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi