“Narkomaniyaya yox deyək !” mövzusunda tədbir keçirildi

Oktyabrın 20-də Qaradağ Rayon Gənclər və İdman İdarəsinin əmakdaşları tərəfindən yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği,onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək !” mövzusunda tədbir keçirildi. Tədbirdə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin əmakdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin əmakdaşları, məktəb rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak etdilər. Məktəbin direktoru Taleh Quliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.Bildirdi ki, gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunmasında məktəbin xüsusi rolu var. Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Elçin Abbasov çıxışında narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətdə ağır fəsadlar yaratdığını bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi