ŞƏHİD MUSAOĞLU ATAMƏLİ SEYİDMƏMMƏD OĞLUNUN ANIM TƏDBİRİ KEÇİRİLDİ

Oktyabrın 15-də ibtidai sinif müəllimi Ülviyyə Əliyevanın və sinif rəhbəri olduğu 3 D sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Baş Kəşfiyatçısı, Vətən müharibəsinin şəhidi Musaoğlu Ataməli Seyidməmməd oğlunun anım günü qeyd olundu. Tədbirdə şəhidin ailə üzvləri, vətən müharibəsi qaziləri, məktəb rəhbərliyi, müəllimlər iştirak etdilər. Ülviyyə müəllim şəhidin həyat yolundan, vətənpərvərliyindən, döyüş qəhrəmanlığından çıxış etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmanlıqla döyüşür. Suqovuşana bayraq sancanlardan olub. Ağdərənin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ataməli Musaoğlu oktyabrın 16-da Ağdərə döyüşləri zamanı yaralı dostunu xilas edərkən düşmən tərəfindən ürəyindən nişan alınıb və atasının ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlibQəhraman şəhidimiz Lökbatan qəsəbəsi şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə,həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu "Vətən Uğrunda" və "İgidliyə görə medalı" ordeni ilə təltif edilmişdir. Şəhidlərimiz sonsuzadək ürəyimizdə yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi