10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günüdür

Oktyabrın 9-da “10 oktyabr Ümumdünya Psixi Sağlamlıq Günü” ilə bağlı olaraq məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı və 8 V sinif şagirdlərinin iştirakı ilə Dəyirmi masa keçirildi. Dəyirmi masada məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucov, tibb bacısı Mükafat Əliyeva və müəllimlər iştirak etdilər.Sürayə müəllim bu günün 1992–ci ildən başlayaraq hər il 10 Oktyabr tarixində Ümumdünya Psixi Sağlamlıq Federasiyanın təşəbbüsü ilə dünyada qeyd edildiyini bildirdi. Psixi sağlamlıq sahəsində göstərilən tibbi və hüquqi xidmətlər haqqında şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər hazırladıqları təqdimatlarla çıxışlar etdilər.