1 oktyabr Beynəlxalq ahıllar günüdür

Oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü ilə bağlı olaraq məktəbin psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı ilə şagirdlərlə maarifləndirici söhbət aparıldı. Sürayə müəllim 1 oktyabr Beynəlxalq Ahıllar Gününün beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirdi. BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edilərək hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunmasına baxmayaraq, cəmiyyətimizdə yaşlı insanlara diqqət və qayğının ən qədim dövrlərdən etibarən mövcudluğunu, ölkəmizdə ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını qeyd etdi. Şagirdlərə bildirdi ki, böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi