Qanları ilə tarix yazan şəhidlərimiz bizim qürur yerimizdir

27 sentyabr Anım Günü ilə bağlı olaraq məktəbimizin şagirdləri müqəddəs və əvəzsiz olan vətənimizə, onun yolunda şəhid olan qəhrəmanlarımızın xatirəsinə inşalar yazmışlar. İnşalarında öz qanları ilə dastan yazan şəhidlərimizin, torpaq uğrunda canından keçən oğul və qızlarımızın, onların göstərdikləri şücaətin heç vaxt unudulmadığını bildirmişlər. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulur.