Şəhid İsmayılzadə Səməndər Vahid oğlunun anım tədbiri keçirildi

Sentyabrın 27-də Anım Günü ilə bağlı olaraq məktəbin ibtidai sinif müəllimi Rəsimə Beydullayevanın sinif rəhbəri olduğu 4 B sinif şagirdlərinin iştirakı ilə vətənin qəhrəman oğlu Füzuli istiqamətində gedən döyüşdə Füzulimizi düşməndən azad edən şəhid İsmayılzadə Səməndər Vahid oğlunun anım tədbiri keçirildi. Tədbirdə şəhidin ailə üzvləri,məktəb rəhbərliyi, müəllimlər iştirak etdilər. Rəsimə müəllim şəhidin həyat yolundan, vətənpərvərliyindən, döyüş qəhrəmanlığından çıxış etdi. Hər kəs "Vətənimizə sahib olmaq üçün gərəkirsə hər birimiz torpağın qoynuna girərik" deyən İsmayılzadə Səməndər Vahid oğlu əfsanələşmiş belə oğullarımızdan biridir. Vətəni üçün yanıb külə döndü. Səməndər Aprel döyüşlərində də igidliklə iştirak etmişdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qəhrəmanlıqla döyüşür. Sonuncu dəfə oktyabr ayında anası Fəridə xanımla danışıb. Sevinclə Cəbrayılı almışıq, deyir. Sonra ondan xəbər çıxmır. Ailəsi bir neçə gün axtarıb. Oktyabrın 28-də zəng edib Səməndərin Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olduğunu deyirlər. Elə həmin gün Lökbatandakı Şəhidlər xiyabanında dəfn olunub. Səməndər ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda","Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır.