Anım Günü ilə bağlı şəhidlər xiyabanı ziyarət olundu

 Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı. Bu, o Vətən müharibəsidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı Qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü qeyd olunur. Məktəbimizin şagirdləri sinif müəllimləri ilə birgə vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın məzarlarını ziyarət etdilər. Şagirdlər şəhidlərimizə həsr edilmiş şeirlər ,bayatılar və mübarizliyə çağıran müxtəlif şüarlar səsləndirdilər.Sonda şagirdlər şəhidlərin qəbirlərinə qərənfilər düzdülər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi