İBTİDAİ SİNİFLƏRDƏ ƏNƏNƏVİ FORMADA DƏRSLƏR BAŞLANDI

Sentyabrın 22-də 2021-2022-ci tədris ili ibtidai (l-lV) siniflərdə ənənəvi formada başlandı. COVİD-19 pandemiyası ilə əlaqədar qoyulan bütün qaydalara əməl olundu. Keçirilən tədbirdə məktəbimizin şəhid məzunlarının valideynləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təminat və təchizat sektorunun müdiri Səccət Mahmudov və Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmayə Şıxəliyeva iştirak etdilər. İlk dərslər "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu. Daha sonra Təhsil Nazirliyi tərəfindən verilmiş 1-ci sinif müəllimləri üçün resurs dəst vəsaitləri təqdim olundu. Müəllimlər şagirdlərə vəsaitlərin tədrisdə əhəmiyyəti barədə məlumatlar verdilər. Sevinc hissi ilə balaca birincilər vəsaitlərlə tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi