21 sentyabr Beynəlxalq Sülh Günüdür

Sentyabrın 21-də Beynəlxalq Sülh Günü ilə bağlı məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun təşkilatçılığı ilə məktəb şagirdləri tərəfindən təqdimatlar hazırlanmışdır. Şagirdlər təqdimatlarında Beynəlxalq Sülh gününün təsis edilməsi barədə məlumat verib və bu günün əhəmiyyətini qeyd ediblər.