Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş "Məktəbimizin qürur mənbəyi" inşa-yazı müsabiqəsi keçirilmişdir. Məktəbin 8 Q sinif şagirdi Süleymanlı Ləman Asəf qızı müsabiqədə III yerə layiq görülmüş, diplomla təltif olunmuşdur.