MƏZUNUMUZ QIZIL NİŞANLA TƏLTİF OLUNDU

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, bu il Bakı şəhər ümumitəhsil müəssisələrinin 21 məzunu qızıl medal ilə təltif olundu. 2020-2021-ci tədris ilində məktəbin XI (on birinci) sinfini bitirmiş, X və XI siniflərdə illik qiymətləri 5 (beş) olan, XI sinifdə oxuyarkən Fənn Olimpiadalarının Respublika turunda biologiya fənni üzrə III yer tutmuş və bürünc medalla təltif olunmuş Hüseynov Hüseynəli Surxay oğlu tam orta təhsil haqqında qızılı attestata və qızıl nişana layiq görüldü. Hüseynəli qazandığı bu uğura, mükafata görə çox sevindiyini və əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Məktəb rəhbərliyi adınan məzunumuzu təbrik edir, həyat yollarında uğurlar arzu edirik.