"Su ehtiyatlarının idarəolunması, sudan qənaətli və səmərəli istifadə" mövzusunda şagirdlərlə onlayn görüş keçirildi

İyunun 11-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucovun və biologiya müəllimi Zemfira Alverdiyevanın təşkilatçılığı ilə "Su ehtiyatlarının idarəolunması, sudan qənaətli və səmərəli istifadə" mövzusunda şagirdlərlə onlayn görüş keçirildi. Zemfira müəllim su problemləri, istifadəsi və qənaətlə işlədilməsindən şagirdlərə məlumat verdi. Qeyd etdi ki, su təbiətdə ən şox yayılan maddədir. Yer səthinin 71%-i su ilə örtülmüşdür. Bizim isə ən çox istifadə etdiyimiz su yeraltı sulardır. Su bütün ərazilərdə bərabər paylanmayıb. Ona görə bir çox sahələrdə problemlər yaradır. Bu səbəbdən biz hər yerdə sudan qənaətlə istifadə etməli, maarifləndirmə işləri aparmalıyıq. Suyun bizim üçün nə qədər vacib olduğunu bilməliyik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi