PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ

İyunun 16-da 2020-2021-ci tədris ilinin başa çatması ilə bağlı Pedaqoji Şuranın iclası keçirildi. İclas “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirildi. İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev tədris ili ərzində görülən işləri,qarşıda duran məsələləri pedoqoji kollektivin nəzərinə çatdırdı. İclasda ötən dərs ilinin yekunları, şagirdlərin sinifdən-sinfə keçirilməsi,məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi və digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.